Tarixdəki olaylar

 

20 yanvar 1831 – Niderlandın müstəmləkəsi olan Belçika dövlət müstəqilliyi əldə edib. Londonda keçirilən beynəlxalq konfransda Böyük Britaniya, Fransa, Prussiya və Rusiya Belçikanın müstəqilliyinin təminatçısı kimi çıxış ediblər.

 

20 yanvar 1880 – Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verilib. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ildə başlamışdı. İlk illər dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi.

 

20 yanvar 1990 – Sovet Ordusu Bakıda qırğın həyata keçirib. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun fərmanı ilə şəhərə ordu hissələri yeridilib. Sovet qoşunlarının təcavüzü zamanı (daha sonra dəqiqləşdirilmiş rəqəmlərə görə) 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 yanvar 1804 – Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue; 1804 – 3.8.1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları” və s. romanların müəllifidir. 

 

20 yanvar 1882 – Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində doğulub.

 

20 yanvar 1912 – Türkiyənin tanınmış teatr və kino aktyoru Hulusi Kentmen (1912 – 20.12.1993) anadan olub. 

 

20 yanvar 1920 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 1920 – 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.

 

20 yanvar 1924 – Əməkdar incəsənət xadimi Yusif Məmməd oğlu Bağırov (1924 – 28.11.1996) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor və baş rejissor, “Azərbaycanfilm” kinostudiyasında ikinci rejissor işləyib.

 

20 yanvar 1928 – Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov (1928 – 8.4.2022) Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.

 

20 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Tahir İsmayıl oğlu Əkbər (1946 –  2.3.2018) anadan olub. Simfonik və kamera əsərlərinin, populyar mahnıların (“Dərdin alım”, “Heç küsməyin yeridirmi?”) müəllifidir.

 

20 yanvar 1946 – Amerika kinorejissoru, “Oskar” mükafatçısı Devid Linç (David Keith Lynch; 1946 – 16.1.2025) anadan olub.

 

20 yanvar 1977 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 – 1977) vəfat edib. 

 

20 yanvar 2025 – Əməkdar artist, Sumqayıt teatrının aktyoru Mövsüm Turbəndə oğlu Hüseynov (13.6.1958 – 2025) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan