Birinci Dünya müharibəsində Rusiya-Osmanlı cəbhəsində əsir götürülərək Bakıya gətirilən və Nargin adasında saxlanılan türk hərbçilərinin taleyindən və Sona xanım Hacıyevanın fədakarlığından bəhs edən bədii-sənədli film tamaşaçılara təqdim olunacaq.
Real faktlara əsaslanan ekran əsəri tarixi hadisələri və insan talelərini dramatik rakursdan əks etdirir.
Ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “Karvan production” tərəfindən istehsal olunub.
Ssenari müəllifi Xəyyam Abdullazadə, quruluşçu rejissorlar Elməddin Alıyev və Xəyyam Abdullazadə, quruluşçu operator Aleksey Malinkoviçdir.
“Nargin” bədii-sənədli filminin nümayişi martın 31-də (saat 19:00) Nizami Kino Mərkəzində olacaq.
Giriş sərbəstdir.



















