AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Folklorşünaslığa giriş” kitabı işıq üzü görüb. Dərs vəsaitinin ilk nəşri 2015-ci ildə olub.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, müəllif əsər üzərində ciddi şəkildə işləyib, onu tək­mil­ləş­di­rib. Bəzi fəsillər (“Folk­lor və fəl­sə­fə”, “Folk­lor və mən­tiq”) əlavə edərək əsəri yeni elmi qaynaqlarla zənginləşdirib.

Son il­lər­də ali və or­ta mək­təb­lər­də ye­ni təd­ris üsul­la­­rın­dan is­ti­fa­də za­ma­nı, in­no­va­tiv me­tod­la­rın tət­bi­qi pro­­se­­sin­də fən­lə­ra­ra­sı əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si, multidisiplinar təhlilin vacibliyi mə­sə­lə­si­nə xü­­su­si diq­qət ye­ti­ril­mək­də­dir. Məhz bu amil nə­zə­rə alı­na­raq, in­di­­yə­dək ya­zı­lan dərs­lik­lər­də ötə­ri şə­kil­də bəhs olu­nan bir mə­­sə­lə – folk­lo­run di­gər elm­lər­lə əla­qə­si problemi kitabda fərq­li şə­kil­də qoyulub, da­ha ətraflı şərh edil­ib. Burada folklorun mifologiya, yazılı ədəbiyyat, dilçilik, tarix, coğrafiya, din, pedaqogika, psixologiya, riyaziyyat, musiqi, təbabət, kulinariya və s. ilə bağlılığı problemi mətnlərə istinad edilməklə araşdırılıb.

Ki­tab­da mövzu ilə bağlı ən mühüm nəzəri mənbələrə istinad olunub, Türkiyədə, Azər­bay­canın Güneyində və mü­ha­ci­rət­də folk­lor­la bağ­lı ya­ra­nan təd­qi­­qat­la­ra xüsusi yer ve­rilib.

“Folklorşünaslığa giriş” kitabı ali məktəblərin hu­ma­ni­tar fa­kül­tə­lə­rinin tə­lə­bə­ləri üçün nə­zər­də tu­tulub. Kitabdan folk­lor­la bağ­lı araş­dır­ma apa­ran­lar, hə­min fən­ni təd­ris edən mü­tə­xəs­sis­lər də is­ti­fa­də edə bi­lər­lər.

AMEA Folklor İnstitutunun dəstəyi və Bakı Qızlar Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya elmləri doktorları, professorlar Cəlil Qəriboğlu və Ülkər Nəbiyevadır.